“Qafqazda Aztəminatlı Məcburi Köçkünlərin və Yerli Əhalinin Sosial və İqtisadı İnkişafı” (EPİC)  layihəsi

“Qafqazda Aztəminatlı Məcburi Köçkünlərin və Yerli Əhalinin Sosial və İqtisadı İnkişafı” (EPİC) layihəsi

Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) sifarişi əsasında Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) icra etdiyi “Qafqazda Aztəminatlı Məcburi Köçkünlərin və Yerli Əhalinin Sosial və İqtisadı İnkişafı” (EPİC) layihəsi çərçivəsində heyvandarlıq üzrə texniki təlimlər təşkil edilib.

 

GİZ-ın icra etdiyi təlimlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə Ağdam və Bərdə rayonlarında təşkil edilib. Məqsəd bu ərazilərdə məskunlaşan məcburi köçkünlərin, qaçqınların və yerli əhalinin məşğulluğunun artırılması, mövcud təsərrüfatlarının inkişafına dəstək olmaqdır.