Muxtarlı Nihad Hafiz oğlu

İdarə Heyətinin sədr müavini

Muxtarlı Nihad Hafiz oğlu

Nihad Hafiz oğlu Muxtarlı 1990-cı il mart ayının 3-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur.


2007-ci ildə Respublika 289 saylı “Zəngi” liseyindən məzun olmuşdur.


2007-2011-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Mühasibat uçotu və audit ixtisası üzrə bakalavr səviyyəsində ali təhsil almışdır.


2011-2012-ci illərdə Şimali Kipr Doğu Akdeniz Universitentindıə İngilis dili dəstək proqramı alımışdır.


2012-2014-cü illərdə Türkiyə Cumhuriyyətinin İzmir Ekonomi Universitentində Master of Business Adminstration ixtisası üzrə ingilis dilində magistratura pilləsində ali təhsil almışdır.


2014-2017-ci illərdə Qərbi Kaspi Univesitetində aspirant olaraq təhsil almışdır. 2018-ci ildə doktorluq dissertasiyasını müdafiə edərək iqtisad üzrə iqtisad üzrə fəlsəfə doktoru dərəcəsini alıb.


2009-2011-ci illərdə özəl müəssisələrdə müxtəlif vəzifələrdə əmək fəaliyyətinə başlamışdır.


2015-ci ildə “Retro Holding” MMC-də baş mühasib köməkçisi vəzifəsində çalışıb. 


2015-2018-ci illərdə “Retro Holding” MMC-də Şirvan sement zavodunda Direktor vəzifəsində çalışıb


2018-2020 - ci illərdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Aparatında müşavir vəzifəsində  çalışıb.

 

06 iyul 2020-ci ildən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsində çalışır.


Yeni Azərbaycan Partiyasının üzvüdür.


İngilis, rus və türk dillərini bilir. Ailəlidir, 1 övladı var.