Quliyev Cəmaləddin Əlibala oğlu

İdarə Heyətinin sədr müavini

Quliyev Cəmaləddin Əlibala oğlu

Cəmaləddin Əlibala oğlu Quliyev, 02 mart 1970-ci il Sabirabad şəhərində anadan olmuşdur.

 
1977-ci ildə Sabirabad şəhəri, S.Vurğun adına 3 saylı orta məktəbə daxil olmuş, 1987-ci ildə S.Vurğun adına şəhər 3 saylı orta məktəbi fərqlənmə ilə bitirmişdir. 


1987-ci ildə Azərbaycan İnşaat-Mühəndisləri İnstitutuna eksperiment yolu ilə qəbul olunaraq, təhsilini keçmiş Leninqrad, indiki Sankt-Peterburq şəhərində davam etdirmişdir.


1988-ci ilin yaz çağırışında hərbi xidmətə çağırılmış,sentyabr 1989-cu ildə hərbi xidmətdən təxris olunmuşdur.


1993-cü ildə Sankt-Peterburq İnşaat-Mühəndisləri İnstitutunun “inşaat məhsulları və konstruksiyalarının istehsalı” ixtisası üzrə mühəndis-inşaatçı-texnoloq peşəsinə yiyələnmişdir. 


Fevral 1994-cü ildən , iyul 1999-cu ilə kimi İxtisasquraşdırma tikinti kombinatı Sabirabad rayonu 8 saylı İSMD-də briqadir, usta, iş icraçısı və mühəndis vəzifələrində çalışmışdır. 


İyul 1999-cu ildən fevral 2003-cü ilə kimi Sabirabad rayonu İcra hakimiyyəti başçısı aparatının Ərazi İdarəetmə Orqanları ilə İş şöbəsində referent və böyük referent vəzifələrində çalışmışdır.


2001-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına daxil olmuş, 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirərək dövlət və bələdiyyə idarəetməsi ixtisasına yiyələnmişdir. 


Fevral 2003-cü ildən iyul 2014-cü ilə kimi Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye (İqtisadi İnkişaf Nazirliyi) Nazirliyi İqtisadi siyasət və  proqnozlaşdırma şöbəsində məsləhətçi, sektor müdiri və şöbə müdirinin müavini vəzifəsində işləmişdir.


2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olmuş və 2007-ci ildə Universiteti bitirmişdir.


İyul  2014-cü ildən 2018-ci ilədək İqtisadiyyat və Sənaye Nazirliyi İqtisadi siyasət və proqnozlaşdırma şöbəsinin müdiri vəzifəsində çalışmışdır.


2018-ci ildən 2020-ci ilədək Dövlət Məşğulluq Xidmətində çalışmışdır.

 

06 iyul 2020-ci ildən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsində çalışır.

 

Yeni Azərbaycan Partiyasının üzvüdür.


İngilis və rus dillərini bilir. Ailəlidir, 2 övladı var.