Vəliyev Fərid Əzizağa oğlu

İdarə Heyətinin sədr müavini

Vəliyev Fərid Əzizağa oğlu

Fərid Əzizağa oğlu Vəliyev 1983-cü il avqust ayının 19-da Şamaxı şəhərində ziyalı ailəsində anadan olmuşdur.

2000-ci ildə Respublika Fizika Riyazaiyyat və İnformatika təmayüllü litseyindən məzun olmuşdur.

2000 - 2004-cü illərdə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsində “Tətbiqi riyaziyyat” ixtisası üzrə bakalavr səviyyəsində ali təhsil almışdır.

2008-2010-cu illərdə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsində “İqtisadi fəaliyyətin riyazi və informasiya təminatı” ixtisası üzrə magistratura pilləsində ali təhsil almışdır.

2019-cu ildə Koreya Universitetində təqaüd proqramında iştirak etmişdir.

2004 – 2005-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir.

2005-ci ildə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən həyata keçirilən “Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi” (AVİS) layihəsində informasiya texnologiyaları üzrə biznes analitik kimi əmək fəaliyyətinə başlamışdır.

2007- 2014-cü illərdə Azərbaycan Respublikasının Mərkəzi Bankında Ödəniş sistemləri və Hesablaşmalar departamentində müxtəlif vəzifələrdə çalışıb.

2014 - 2017-ci illərdə Azərbaycan Respublikasının Mərkəzi Bankında Ödəniş Sistemləri və Hesablaşmalar departamentinin Hökümət Ödəniş Portalının təminatı şöbəsinin rəisi vəzifəsində çalışıb.

2017 - 2018-ci illərdə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin aparatında (ASAN Xidmət) Elektron hökumət və rəqəmsal innovasiyalar şöbəsinin Elektron hökumət məsələləri sektorunun müdiri vəzifəsində çalışıb.

2018 - 2019-cu illərdə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki Elektron Hökumətin İnkişafı Mərkəzi publik hüquqi şəxsinin Elektron ödənişlər departamentinin müdiri vəzifəsində çalışıb.

2019 - 2020-ci illərdə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki Elektron Hökumətin İnkişafı Mərkəzi publik hüquqi şəxsinin Layihələrin idarəedilməsi departamentinin müdiri vəzifəslərində çalışıb.

 

06 iyul 2020-ci ildən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsində çalışır.

 

Yeni Azərbaycan Partiyasının üzvüdür.

İngilis, rus dillərini bilir. Ailəlidir, 2 övladı var.