İdarə Heyətinin sədri

Abbasbəyli Mustafa Aslan oğlu

2 iyul 2020-ci ildən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsində çalışır. 

Abbasbəyli Mustafa Aslan oğlu 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olub.

 

1996-cı ildə Gəncə şəhəri 12 saylı orta məktəbi bitirib.

1996 - 2000-ci illərdə Xəzər Universitetinin Hüquq və sosial elmlər fakültəsində, “Beynəlxalq hüquq” ixtisası üzrə bakalavr səviyyəsində təhsil alıb.

 

2000 - 2001-ci illərdə isə Türkiyənin Ege Universitetinin Türk dili və ədəbiyyatı fakültəsində “Türk dili” ixtisası üzrə təhsil alıb.

 

2001 - 2003-cü illərdə Ankara Universitetinin Hüquq fakültəsində “Xüsusi hüquq” ixtisası üzrə magistratura səviyyəsində təhsil alıb. 

 

2004 - 2007-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunda aspirant olaraq təhsil almışdır. 2009-cu ildə doktorluq dissertasiyasını müdafiə edərək hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 

 

2012 - 2016-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Elmlər doktoru proqramını bitirib. 

 

Əmək fəaliyyəti


2004 - 2005-ci illərdə Standard Insurance sığorta şirkətində baş hüquqşünas olaraq əmək fəaliyyətinə başlamış, 2005 - 2010-cu illərdə şirkətin Hüquq və sığorta hadisələri departamentinin rəhbəri, 2010 - 2011-ci illərdə İdarə heyətinin üzvü, 2011 - 2014-cü illərdə şirkətin İdarə heyətinin sədr müavini vəzifəsində çalışıb.

 

2011 - 2014-cü illərdə "Standard İnsurance Georgia" Sığorta Şirkətinin Müşahidə Şurasının üzvü vəzifəsində çalışıb.

 

2014 - 2016-cı illərdə “ISR Auto/Toyota Baku” şirkətinin Baş direktoru vəzifəsində çalışıb.

 
2016 - 2018-ci illərdə Beyli Group şirkətinin Baş direktoru vəzifəsində çalışıb.

 

2018 - 2019-cu illərdə Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri vəzifəsində çalışıb.

 

2019 - 2020-ci illərdə Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində çalışıb. 

 

2 iyul 2020-ci ildən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsində çalışır. 


Bununla bərabər, 2013-cü ildən hal-hazıradək Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadiyyat və idarəetmə” kafedrasında müəllimdir.


İctimai fəaliyyəti


2002 - 2003-cü illərdə azərbaycanlı tələbələrin Türkiyədəki təhsil məsələləri üzrə təmsilçisi olub.

 

2008 - 2010-cu illərdə Azərbaycan Sığortaçılar Assosiasiyasının Hüquq Komitəsinin üzvü, 2010-2014-cü illərdə isə həmin komitənin sədri olub. 

 

2010 - 2013-cü illərdə Beynəlxalq Vəkillər Assosiasiyasının üzvü olub.

 

2015 - 2018-ci illərdə "Caspian European Club"ın İdarə heyətinin üzvü, Hüquq komitəsinin sədri, Vergi və Gömrük Komitəsinin sədri, klubun Baş direktoru olub. 

 

2007 - ci ildən hal-hazıradək Azərbaycan Vəkillər Kollegiyasının üzvüdür.

 

2014 - cü ildən hal-hazıradək Layf Xeyriyyə İctimai Birliyinin Himayəçilər şurasının sədridir.

 

2018 - ci ildən hal-hazıradək UNEC Sığorta məktəbinin direktorudur.

 

Mustafa Abbasbəyli 50-dən artıq elmi əsərin, o cümlədən 2 kitabın müəllifi, 3 kitabın isə həmmüəllifidir.

 

Əlaqə nömrəsi: (012) 596 43 05

Elektron poçt: mustafa.abbasbayli@sosial.gov.az