Məşğulluq marafonu

Məşğulluq marafonu

Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və qazilərin işlə təminatı məqsədilə “Məşğulluq marafonu”na start verildi.

 

Dövlət Məşğulluq Agentliyi işəgötürənləri bu sosial məsuliyyət kampaniyasında fəal iştirak etməyə çağırır.

 

Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və bu müharibədə yaralanmış qəhrəmanlarımızın məşğulluğuna dəstək olmaq istəyən işəgötürənlər bu məqsədlə mövcud və ya yeni yaradılmış vakansiyaları barədə məlumatları aşağıdakı forma vasitəsilə qeyd edərək layihəyə müraciət edə bilərlər.

 

Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!