Ana səhifə . ❯ . Layihələr . ❯ . Rəqəmsal layihələr
Dövlət Məşğulluq Agentliyinin rəqəmsal layihələri
Əmək münasibətləri və Məşğulluq altsistemi
“Əmək münasibətləri və məşğulluq altsistemi” ƏMAS ölkədaxili bütün işəgötürənlər və işə qəbul olanlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları, eləcədə digər dövlət qurumları üçün vahid əmək münasibətləri platforması rolununda çıxış edəcək.
Məşğul şəxslərin reyestri
Məşğul şəxslərin reyestrində qanunvericilikdə məşğul hesab edilən şəxslərin məlumatları ilə yanaşı, digər gəlirli şəxslərin məlumatları, o cümlədən şəxslərin xərclərinin (kommunal, kredit və s.) strukturu öz əksini tapacaqdır.
Qeyri formal məşğulluğa nəzarət informasiya ehtiyyatı
“Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatları sistemi bu sistemə inteqrasiyası tələb olunan informasiya ehtiyatları sistemlərindən məlumatları toplamaqla əmək qanunvericiliyinə nəzarət olunmasına dövlət nəzarəti üzrə risk qruplarının meyarlarına əsaslanmaqla toplanılmış informasiyanı emal edəcəkdir.
Məşğulluq xəritəsi
Ölkənin məşğulluq xəritəsi sosial və iqtisadi sahədə atılacaq addımların dinamikasını göstərəcək və məşğulluq proqramlarının hazırlanması və icrası işinin daha da təkmilləşdirilməsinə imkan verəcək.
BACAR
BACAR müasir dövrün texniki yenilikləri, innovativ həllər, beynəlxalq təcrübə və standartlar üzrə distant peşə tədrisi təklif edən virtual platformadır.
Elektron əmək birjası
“Elektron əmək birjası və yarmarkası” işaxtaran və işsiz şəxslərin daimi və müvəqqəti məşğulluğunun təmin edilməsinə xidmət göstərəcək. Bu, daimi, mövsümi və müvəqqəti iş axtaran şəxsləri eyni əsasla iş təklif edən şəxlərlə görüşdürən virtual platformadır.
İctimai işlərin portalı
İctimai işlərin təşkili prosesini rəqəmsallaşdıraraq daha sadə və operativ hala gətirmək üçün nəzərdə tutulmuşdur. Portalın istifadəçiləri Prezident Administrasiyası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Məşğulluq və DOST mərkəzləri, TOQ-lar və "DOST İş Mərkəzi" MMC olacaq.
Monitorinq və səyyar yoxlama altsistemi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyi, eləcədə digər Agentlik və Xidmətlərin fəaliyyətləri ilə bağlı həyata keçirdikləri yoxlamaları və monitorinqləri vahid bir sistemlə idarə edə biləcəklər.