Elektron əmək birjası
“Elektron əmək birjası və yarmarkası” işaxtaran və işsiz şəxslərin daimi və müvəqqəti məşğulluğunun təmin edilməsinə xidmət göstərəcək. Bu, daimi, mövsümi və müvəqqəti iş axtaran şəxsləri eyni əsasla iş təklif edən şəxlərlə görüşdürən virtual platformadır. Platformanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək münasibətləri və məşğulluq” (ƏMAS) altsistemi, işədüzəltmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan e-platformalar ilə qarşılıqlı əlaqədə işləməsi nəzərdə tutulub.
Platformadan istifadə hər kəs üçün açıqdır, burada Agentliyin yerli qurumlarında işsiz kimi qeydiyyatda olmaq zərurəti yoxdur. İş axtaran şəxsi kriteriyalarını, bacarıqlarını və təklif etdiyi xidmətləri sistemə daxil edir, eyni xüsusiyyətlərdə işçi axtaranlar isə müxtəlif seçim meyarları ilə asanlıqla onları tapa bilir. Bu platforma vasitəsi ilə ölkə üzrə ən çox qeyri-formal fəaliyyət göstərən bir neçə qrupun (sürücü, dayə, xadimə, bağban, fəhlə və s.) fəaliyyətinin formal müstəviyə daşınması mümkün olacaqdır. Bu platforma vasitəsilə Agentlik, vətəndaşın əmək birjasında iştirak etdiyini, onun məşğulluğunun müvəqqəti də olsa təmin edildiyini müşahidə edəcək. Məqsəd həmin şəxslərin məşğulluğunun davamlılığını qorumaq üçün dəstəkləyici tədbirlərin aktuallığını təmin etməkdir.
Qeyri formal məşğulluğa nəzarət informasiya ehtiyyatı
“Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatları sistemi bu sistemə inteqrasiyası tələb olunan informasiya ehtiyatları sistemlərindən məlumatları toplamaqla əmək qanunvericiliyinə nəzarət olunmasına dövlət nəzarəti üzrə risk qruplarının meyarlarına əsaslanmaqla toplanılmış informasiyanı emal edəcəkdir.
İctimai işlərin portalı
İctimai işlərin təşkili prosesini rəqəmsallaşdıraraq daha sadə və operativ hala gətirmək üçün nəzərdə tutulmuşdur. Portalın istifadəçiləri Prezident Administrasiyası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Məşğulluq və DOST mərkəzləri, TOQ-lar və "DOST İş Mərkəzi" MMC olacaq.