Əmək münasibətləri və Məşğulluq altsistemi
“Əmək münasibətləri və məşğulluq altsistemi” ƏMAS ölkədaxili bütün işəgötürənlər və işə qəbul olanlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları, eləcədə digər dövlət qurumları üçün vahid əmək münasibətləri platforması rolununda çıxış edəcək, əmək müqaviləsinin elektron formada bağlanılması, rəqəmsal kadr uçot sisteminin yaradılması, əməyin təşkili və mühafizəsində beynəlxalq standartların tətbiqi, əməyin ödənilməsində qanunvericiliyin tələblərinin gözlənilməsi və bu sahədə dövlət siyasətinin həyata keçirilməsinin dəstəklənməsində önəmli rol oynayacaqdır.
İşsiz və işaxtaran şəxslər barədə real mənzərəni əks etdirən və daim yenilənən məlumat bazasına malik altsistem Nazirlik, vətəndaş və işəgötürənlər üçün nəzərdə tutulan 3 fərqli moduldan ibarətdir.
Vətəndaş e-sosial.az portalı vasitəsilə ƏMAS-a daxil olub işsiz və ya işaxtaran kimi qeydiyyatdan keçərək əmək bacarıqlarına uyğun münasib işlərlə tanış ola və iş üçün müraciətini formalaşdıra bilər. Beləliklə vətəndaş Dövlət Məşğulluq Agentliyinin ərazi məşğulluq mərkəzi filiallarına (bundan sonra ƏMM) müraciət etmədən elektron qaydada istənilən vaxt iş üçün müraciət etmək hüququ əldə edir. Həmçinin işsiz və işaxtaran şəxslər ƏMAS vasitəsilə elektron şəkildə aktiv məşğulluq tədbirlərinə müraciət etmək imkanı da qazanırlar.
Qeyri formal məşğulluğa nəzarət informasiya ehtiyyatı
“Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatları sistemi bu sistemə inteqrasiyası tələb olunan informasiya ehtiyatları sistemlərindən məlumatları toplamaqla əmək qanunvericiliyinə nəzarət olunmasına dövlət nəzarəti üzrə risk qruplarının meyarlarına əsaslanmaqla toplanılmış informasiyanı emal edəcəkdir.
İctimai işlərin portalı
İctimai işlərin təşkili prosesini rəqəmsallaşdıraraq daha sadə və operativ hala gətirmək üçün nəzərdə tutulmuşdur. Portalın istifadəçiləri Prezident Administrasiyası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Məşğulluq və DOST mərkəzləri, TOQ-lar və "DOST İş Mərkəzi" MMC olacaq.