“Dönər biznesi ilə məşğul olan qida obyektlərinin sağlamlaşdırılması” layihəsi

“Dönər biznesi ilə məşğul olan qida obyektlərinin sağlamlaşdırılması” layihəsi

2020-2021-ci illəri əhatə edən “Dönər biznesi ilə məşğul olan qida obyektlərinin sağlamlaşdırılması” layihəsinin məqsədi turizm baxımından əlverişli və ictimai əhəmiyyət təşkil edən ünvanlarda dönər biznesi ilə məşğul olan seçilmiş qida obyektlərinin qida təhlükəsizliyinin gücləndirilməsidir.

 

Layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi  və  Ailə Biznesinə Asan Dəstək tərəfindən birgə icra edilir.

 

Layihə çərçivəsində dönər biznesi ilə məşğul olan 20 qida obyekti üçün müasir standartlara cavab verən avadanlıqların təqdim edilməsi istiqamətində müvafiq tədbirlər görülür.