“İntensiv bağçılıq” layihəsi
“İntensiv bağçılıq” layihəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi və Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi tərəfindən birgə həyata keçirilir. Özünüməşğulluq proqramına dəstək məqsədilə icra olunan “İntensiv bağçılıq” layihəsinə 2018-ci ildən start verilib. Həmin ildə əməkdaşlıq çərçivəsində 125 aztəminatlı ailə üçün intensiv bağ təsərrüfatı yaradılıb. 2019-ci ildə də layihənin icrası davam etdirilib və daha 250 ailə üçün bağçılıq təsərrüfatı salınıb. 2020-ci ildə isə layihənin icrasına yanvar ayından başlanılıb.
Layihə çərçivəsində əkilən meyvə tingləri aşağıdakılardır:
Layihənin icrası istiqamətində işlər davam edir.
“Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsi
“Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsinin məqsədi həssas qruplardan olan işsiz və işaxtaran şəxslərin potensialının artırılması və onların əmək bazarında məhsuldar məşğulluğa cəlb edilməsi üçün imkanların yaradılmasıdır.
“Əlilliyi olan qadınların və Dağlıq Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin edilməsi” layihəsi
“Əlilliyi olan qadınların və Dağlıq Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin edilməsi” layihəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi, Birləşmiş Millətlər Təşkilatının İnkişafı Proqramı və Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu tərəfindən birgə həyata keçirilir.
“PROGRO” layihəsi
Gənclərin məşğulluğunun artırılmasına xidmət edən onlayn resurs kimi PROGRO veb portalı həm peşəkar hazırlıq və özünü inkişaf mövzularına dair təlim resurslarının sərgiləndiyi öyrənmə portalı, həm də PROGRO Mərkəzləri ilə əmək bazarı iştirakçıları (işaxtaranlar, işəgötürənlər, təhsil müəssisələri və digər qurumlar) arasında ünsiyyət platforması olacaqdır.
İşçi Qüvvəsinin Bərpası Təşəbbüsü (Coursera)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, BMT-nin İnkişaf Proqramı və dünyanın aparıcı onlayn tədris sistemi “Coursera”nın iş birliyi çərçivəsində “İşçi Qüvvəsinin Bərpası Təşəbbüsü” üzrə kurslar təşkil edilib.
“Qafqazda Aztəminatlı Məcburi Köçkünlərin və Yerli Əhalinin Sosial və İqtisadı İnkişafı” (EPİC) layihəsi
Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) sifarişi əsasında Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) icra etdiyi “Qafqazda Aztəminatlı Məcburi Köçkünlərin və Yerli Əhalinin Sosial və İqtisadı İnkişafı” (EPİC) layihəsi çərçivəsində heyvandarlıq üzrə texniki təlimlər təşkil edilib.