“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi

“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi

“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və “Odlar Yurdu” Gənclər İctimai Birliyi tərəfindən birgə həyata keçirilir.

 

Layihənin əsas məqsədi kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı, işsiz şəxslərin məşğulluğunun təmin edilməsidir.

 

Layihənin əsas hədəf qrupu İsmayıllı rayonunun Buynuz, Xanəgah, Təzəkənd kəndləri və Lahıc qəsəbəsinin işsiz sakinləri, xüsusi ilə işsiz gənclər, gənc ailələr və qadınlardır. 

 

Layihənin sonunda 15 gənc ailə (təxminən 60 nəfər) özünüməşğulluq proqramına cəlb ediləcək. Dövlət Məşğulluq Agentliyi tərəfindən turizm sahəsində fəaliyyətə başlamaları üçün onlar lazımi mal və materiallarla təmin ediləcəkdir.