“PROGRO” layihəsi
Gənclərin məşğulluğunun artırılmasına xidmət edən onlayn resurs kimi PROGRO veb portalı həm peşəkar hazırlıq və özünü inkişaf mövzularına dair təlim resurslarının sərgiləndiyi öyrənmə portalı, həm də PROGRO Mərkəzləri ilə əmək bazarı iştirakçıları (işaxtaranlar, işəgötürənlər, təhsil müəssisələri və digər qurumlar) arasında ünsiyyət platforması olacaqdır. Sözügedən portalın yaradılması Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən birgə icra edilir.
PROGRO Veb Portalının funksiyalarına aşağıdakı xidmətlər daxildir
İstifadəçilər portalda qeydiyyatdan keçdikdən sonra onlara verilən əlavə funksiyalar isə aşağıdakılardır:
yeni vakansiyalar və frilans elanları yükləmək, onlara müraciət etmək, öz CV-lərini paylaşmaq, frilanserlik portfoliosunu əlavə etmək və s.
Layihə 2019-cu ilin oktyabrında başlayıb və 2022-ci ilin sentyabr ayınadək icra ediləcək.
Progro layihəsi ilə bağlı ətraflı məlumat almaq və layihənin təqdim etdiyi imkanlardan yararlanmaq üçün www.progro.az internet saytını izləyə bilərsiniz.
“Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsi
“Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsinin məqsədi həssas qruplardan olan işsiz və işaxtaran şəxslərin potensialının artırılması və onların əmək bazarında məhsuldar məşğulluğa cəlb edilməsi üçün imkanların yaradılmasıdır.
“Əlilliyi olan qadınların və Dağlıq Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin edilməsi” layihəsi
“Əlilliyi olan qadınların və Dağlıq Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin edilməsi” layihəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi, Birləşmiş Millətlər Təşkilatının İnkişafı Proqramı və Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu tərəfindən birgə həyata keçirilir.
“PROGRO” layihəsi
Gənclərin məşğulluğunun artırılmasına xidmət edən onlayn resurs kimi PROGRO veb portalı həm peşəkar hazırlıq və özünü inkişaf mövzularına dair təlim resurslarının sərgiləndiyi öyrənmə portalı, həm də PROGRO Mərkəzləri ilə əmək bazarı iştirakçıları (işaxtaranlar, işəgötürənlər, təhsil müəssisələri və digər qurumlar) arasında ünsiyyət platforması olacaqdır.
İşçi Qüvvəsinin Bərpası Təşəbbüsü (Coursera)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, BMT-nin İnkişaf Proqramı və dünyanın aparıcı onlayn tədris sistemi “Coursera”nın iş birliyi çərçivəsində “İşçi Qüvvəsinin Bərpası Təşəbbüsü” üzrə kurslar təşkil edilib.
“Qafqazda Aztəminatlı Məcburi Köçkünlərin və Yerli Əhalinin Sosial və İqtisadı İnkişafı” (EPİC) layihəsi
Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) sifarişi əsasında Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) icra etdiyi “Qafqazda Aztəminatlı Məcburi Köçkünlərin və Yerli Əhalinin Sosial və İqtisadı İnkişafı” (EPİC) layihəsi çərçivəsində heyvandarlıq üzrə texniki təlimlər təşkil edilib.