Sosial Bağlar-2021 layihəsi

Sosial Bağlar-2021 layihəsi

“Sosial Bağlar-2021” layihəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramına dəstək məqsədi ilə həyata keçirilir.

 

500 nəfərin cəlb olunacağı layihə bağçılıq üçün əlverişli olan 20 rayonu (Ağsu, Şamaxı, Balakən, Zaqatala, Oğuz, Qəbələ, Goranboy, Göyçay, Hacıqabul, Kürdəmir, Astara,  Lənkəran, Quba, Qusar, Xaçmaz, Şabran, Sabirabad, Şəmkir, Siyəzən, Yevlax) əhatə edir.

 

Layihənin icrası zamanı şəhid ailələrinə, qazilərə, habelə sosial cəhətdən həssas kateqoriyadan olan digər şəxslərə üstünlük verilir.

 

Layihə çərçivəsində əkilən meyvə tingləri aşağıdakılardır:

 

Ekspert rəyi əsasında torpaq yararlılıq səviyyəsi nəzərə alınmaqla fərqli şəhər və rayonlarda fərqli tinglər üzrə bağlar nəzərdə tutulmuşdur. İştirakçılar meyvə növlərindən ən çoxu ikisini seçə bilər.

 

  • Fındıq tingi (sortu: Ata-baba)
  • Xurma tingi (sortu: Şişburun)
  • Alça tingi (sortu: Göycə)
  • Nar (Sortu: Gülöyşə; Wonderful; Bala-mürsəl)
  • Ərik tingi (sortu: Orange Ruby; Şalax)
  • Gavalı tingi (sortu: Black Diamond)
  • Qoz tingi (sortu: Chandler; Franguette; Altay)
  • Alma tingi (sortu: Fuji; Golden; Qızıləhmədi)
  • Armud tingi (sortu: Meşə gözəli - düşes)
  • Nektarin (sortu: Orion; Sweet Lady; Gardeta; Luciana)
  • Şabalıd (sortu: Çiusa)
  • Gilas tingi (sortu: Ziraat 0900; Early-Lory)
  • Sitrus (sortu: limon; narıngi; portağal)
  • Badam tingi (sortu: Quara - İspaniya)

 

Layihəyə qoşulmaq üçün "Layihələr üzrə müraciət forması"-nı doldurmağınız xahiş olunur.