Dövlət Məşğulluq Agentliyi yeni peşə hazırlığı kursu təşkil edib

Müdavimlərə minimum aylıq əməkhaqqı qədər təqaüd də veriləcək

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən  Mingəçevir şəhərində dərzi peşəsi üzrə hazırlıq kursuna başlanıb.

 

Kurs təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı Nazirlər Kabineti tərəfindən qəbul olunmuş müvafiq qərarlara uyğun olaraq ölkədəki sanitar-epidemioloji vəziyyət nəzərə alınmaqla, tədris və təlim-tərbiyə prosesinin təşkilinə dair xüsusi tələblərə riayət edilməklə keçirilir. 

 

 İlkin olaraq 18 işsiz şəxsin (hər biri 9 nəfərlik iki qruplarda) cəlb olunduğu peşə hazırlığı kursu lazımi texniki və əyani vəsaitlərlə təchiz olunmuş xüsusi sinif otaqlarında təşkil olunub. Peşəkar mütəxəssislər tərəfindən müdavimlərə nəzəri biliklərlə yanaşı, istehsalat təcrübəsi zamanı praktiki bilik və bacarıqlar da tədris olunur.

 

Üç aylıq kurs müddətində müdavimlərə ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqı məbləğində təqaüd də ödəniləcək. Kursu müvəffəqiyyətlə bitirən şəxslərə sertifikat veriləcək və Agentlik tərəfindən işlə təmin olunacaqlar.

 

alt text

 

alt text

 

alt text