Dövlət Məşğulluq Agentliyindən startapçılara dəstək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən 3 startapçıya biznes layihələrini reallaşdırmaq üçün özünüməşğulluq proqramı çərçivəsində lazımi avadanlıqlar verilib.

 

Agentliyin sədri Mustafa Abbasbəyli onlarla görüşərək fəaliyyətlərində uğurlar arzu edib, özünüməşğulluq proqramının gənclərin də biznes ideyalarını həyata keçirmələrinə fəal dəstək olduğunu vurğulayıb. Qeyd edilib ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Enterprise Azerbaijan” portalına daxil olan startap layihələr Agentlikdəki komissiya tərəfindən qiymətləndirilir.

 

Aktivlər təqdim edilən 3 startapçının – Kamran İmaməliyevin, Elmin İskəndərovun, Rəşad Abdulxalıqovun layihələri də müsbət dəyərləndirilib.

 

Onlardan K.İmaməliyevin İNTERNO layihəsi təcrübə keçmək istəyən tələbələrlə təcrübəçi axtaran şirkətləri vahid platformada birləşdirmək, E.İskəndərovun “Otaq yoldaşı” layihəsi kirayə mənzil axtarışında və seçimində gənclərə xidmət etmək məqsədi daşıyır. R.Abdulxalıqov isə HealWith layihəsi çərçivəsində süni intellekt vasitəsi ilə bitkilərin xəstəliklərini müəyyən edən mobil tətbiq üzərində çalışır.  

 

alt text

 

alt text

 

alt text

 

alt text

 

alt text

 

alt text

 

alt text