Əməkhaqlarının bir hissəsinin birgə maliyyələşdirilməsi Proqramına müraciətlərin qəbulu davam edir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin icra etdiyi “Sosial iş yerlərində əməkhaqlarının bir hissəsinin birgə maliyyələşdirilməsi Proqramı”na müraciətlərin qəbulu davam edir.

 

Proqrama son 1 ildə fəaliyyətdə olan, Agentlik tərəfindən müəyyən edilən prioritet iqtisadi sahələr və peşələr (ixtisaslar) üzrə vakansiyası olan və ya yeni vakansiya yaradan işəgötürənlər müraciət edə bilər.  

 

Növbəti mərhələdə həmin vakansiyalar üzrə işsiz şəxslərə göndərişlər veriləcək və onların əməkhaqlarının işəgötürənlərlə birgə maliyyələşdirilməsi təmin olunacaq.

 

İşsiz şəxslərə göndərişlərin verilməsi zamanı şəhid ailəsi üzvlərinə, gənclərə, əlilliyi olan şəxslərə, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslərə və bir ildən artıq işsiz kimi qeydiyyatda olan şəxslərə üstünlük veriləcək.

 

İşəgötürənlər proqrama https://forms.gle/2kkhuMqDUHUuSjtB6  linkinə daxil olaraq müraciət edə bilərlər.