İşədüzəltmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan şirkətlərlə qarşılıqlı məlumat mübadiləsi məsələləri müzakirə edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi və İşədüzəltmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin nümayəndələri ilə görüş keçirilib.

 

Görüşdə Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli, sədr müavini Fərid Vəliyev, Agentliyin və İşədüzəltmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan şirkətlərin nümayəndələri iştirak edib.

 

İşədüzəltmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin nümayəndələrinə Əmək münasibətləri və məşğulluq altsistemi (ƏMAS) haqqında məlumat verilib. Bildirilib ki, ƏMAS bütün əmək münasibətlərini, məşğulluq, əmək və məşğulluğa nəzarət, hesabatlılıq və təhlil funksional istiqamətlərini özündə birləşdirəcək, işəgötürənlər və işə qəbul olanlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları, eləcə də digər dövlət qurumları üçün vahid əmək münasibətləri platforması rolunda çıxış edəcək.

 

Görüşdə işaxtaran və işsiz şəxslərin işə düzəlməsində vasitəçilik fəaliyyəti ilə əlaqədar toplanılmış informasiya ehtiyatlarının, iş üçün müraciət edən və işlə təmin olunan şəxslərin sayı barədə məlumatların Dövlət Məşğulluq Agentliyinə təqdim edilməsi məsələsi müzakirə edilib.

 

“Məşğulluq” altsistemində qeydiyyatda olan vakansiyalar, eyni zamanda işaxtaran və işsiz şəxslərin işə düzəlməsinə köməklik göstərilməsi barədə məlumatların vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərə ötürülməsi məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.

 

alt text