Dövlət Məşğulluq Agentliyinin nəzdində Karyera Mərkəzlərinin Koordinasiya Şurası yaradıldı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və ali təhsil müəssisələrinin təşəbbüsü ilə Agentliyin nəzdində Karyera Mərkəzlərinin Koordinasiya Şurası yaradılıb və Şuranın idarə heyətinə üzvlər seçilib.

 

Şuranın yaradılması ilə bağlı yanvar ayında ali təhsil müəssisələrinin 30-dan çox nümayəndəsi ilə görüş keçirilib, yaradılması nəzərdə tutulan Şura, onun məqsədləri barədə məlumat verilib. Daha sonra Şuranın idarə heyətinə seçkilərin vaxtı müəyyən edilib və fevral ayında namizədlik üçün müraciətlərin qəbuluna başlanılıb.

 

Şuraya 10 nümayəndə namizədliyini irəli sürüb. 11 mart tarixində onlayn baş tutan seçkidə 6 namizəd səs çoxluğu ilə Şuranın idarə heyətinə üzv seçilib. İdarə heyətinə ADA universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Universiteti, Bakı Ali Neft Məktəbi, Sumqayıt Dövlət Universiteti, Bakı Dövlət Universiteti, Dövlət Məşğulluq Agentliyi və Təhsil Nazirliyinin nümayəndələri daxildir.

 

Karyera Mərkəzlərinin Koordinasiya Şurasının yaradılmasında məqsəd vahid standartların müəyyən edilməsi və tətbiqi, karyera mərkəzi olmayan ali təhsil müəssisələrində belə mərkəzlərin yaradılmasına dəstək göstərilməsi, metodiki bazanın, yerli müsbət təcrübələrin paylaşılması, xarici təcrübənin araşdırılması və tətbiqinə dəstək göstərməkdir.

 

alt text