Məşğulluq sahəsində inkişaf etmiş ölkələrin müsbət təcrübəsinin tətbiqi məsələləri müzakirə edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən məşğulluq sahəsində qanunvericiliyin təkmilləşdirilməsi üçün təklifləri müzakirə etmək məqsədilə ekspert qrupları ilə görüş keçirilib.

 

Görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri Rəşad Dayıyev, Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli, Nazirlik yanında İctimai şuranın üzvləri və b. iştirak edib.

 

İşsiz kimi qeydiyyata alınmanın əsasları, işsizlikdən sığorta ödənişinin təyini üçün qazancın müəyyən edilməsi meyarları, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərlə, sosial tərəfdaşlarla işin qurulması, işsizlikdən sığorta ödənişi almaq hüququ olan şəxslərin əhatəsinin genişləndirilməsi ilə bağlı inkişaf etmiş ölkələrin təcrübələri nəzərdən keçirilib.Bu sahələrdə beynəlxalq aktlarda əksini tapan yanaşmalar müzakirə olunub, ekspertlərin rəy və təklifləri dinlənilib.

 

Məşğulluq xidmətlərinin rəqəmsallaşdırılması üçün görülən işlərdən də bəhs olunub. Bildirilib ki, ölkənin bütün kadr inzibatçılığının elektronlaşmasını təmin edəcək “Əmək münasibətləri və məşğulluq” altsistemi – ƏMAS adlı vahid əmək münasibətləri platforması qurulur.

 

ƏMAS bütün işəgötürənlər və işə qəbul olanlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları, eləcə də digər dövlət qurumları üçün vahid əmək münasibətləri platforması rolunda çıxış edəcək.

 

Ölkənin məşğulluq xəritəsi, məşğul şəxslərin ölkə üzrə reyestri, qeyri-formal məşğulluğa nəzarət informasiya ehtiyatı, səyyar yoxlama və monitorinq sistemi də yaradılır. E-əmək birjası və yarmarkası, ictimai işlər portalı (works.gov.az) və BACAR innovativ platforması üzrə işlərə də başlanılıb.

 

Görüşün sonunda QHT rəhbərlərindən məşğulluq sahəsində təkmilləşdirmə işlərinin aparılması üçün öz təkliflərini təqdim etmələri xahiş edilib.

 

alt text

 

alt text

 

alt text

 

alt text