Qarşılıqlı təcrübənin öyrənilməsi məqsədilə işçi qrupunun görüşü keçirilib

Dövlət Məşğulluq Agentliyi və Litva Respublikasının Məşğulluq Xidməti arasında qarşılıqlı təcrübənin öyrənilməsi məqsədilə işçi qrupunun görüşü keçirilib.

 

Görüşdə Agentliyin sədr müavini Nihad Muxtarlı, Litva Məşğulluq Xidmətinin direktoru İnqa Balnanosiyene və işçi qrupuna daxil olan digər şəxslər iştirak edib.

 

İlk olaraq iştirakçılara Dövlət Məşğulluq Agentliyi və Litva Məşğulluq Xidmətinin fəaliyyəti, strukturu və hazırda reallaşdırılan layihələr barədə məlumat verilib. 

 

Daha sonra “Məşğulluq xidmətlərinin biznes modelində dəyişiklik üzrə qabaqcıl təcrübə və Covid-19 pandemiyasının yaratdığı böhran haqqında informasiya mübadiləsi” mövzularında müzakirə aparılıb.

 

Qeyd edək ki, Dövlət Məşğulluq Agentliyi və Litva Respublikasının Sosial Təminat və Əmək Nazirliyi yanında Məşğulluq Xidməti arasında Fəaliyyət Planı imzalanıb.

 

İmzalanan Fəaliyyət Planına əsasən həssas qrupdan olan vətəndaşların məşğulluğunun dəstəklənməsi, gənclərin əmək bazarına çıxış imkanlarının artırılması, peşə hazırlığı və digər aktiv məşğulluq tədbirlərinin təşkili sahəsində əməkdaşlıq həyata keçiriləcək,  təcrübə mübadilələri aparılacaq.

 

alt text