Dövlət Məşğulluq Agentliyinin 5 əməkdaşı göstərdiyi  igidliyə görə medallarla təltif ediliblər

Prezident İlham Əliyevin Sərəncamları ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin 5 əməkdaşı Vətən müharibəsində göstərdiyi igidliyə görə medallarla təltif ediliblər.


Onlar Agentliyin 6 saylı ərazi məşğulluq mərkəzinin böyük mütəxəssisi Elşən Tağıyev, 16 saylı ərazi məşğulluq mərkəzinin baş mühasibi İbad Əşrəfli, 15 saylı ərazi məşğulluq mərkəzinin baş mütəxəssisi Ziya Zaidov, 21 saylı ərazi məşğulluq mərkəzinin mütəxəssisi İlqar Topçuyev və Zaur Məcidlidir. 


Elşən Tağıyev 3 medalla – “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasın görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib. İbad Əşrəfli, Ziya Zaidov, İlqar Topçuyev “Cəbrayılın azad olunmasına görə” medallarına,  Zaur Məcidli isə “Şuşanın azad olunmasına görə” medalına layiq görülüblər.


Qeyd edək ki, ümumilikdə Dövlət Məşğulluq Agentliyinin 19 əməkdaşı 44 günlük Vətən müharibəsinin ilk günlərindən mübarizəyə qoşulub və torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak edib.  


Qəhrəmanlarımızla fəxr edirik!