Sədrin nitqi

alt text

Ölkədə əhalinin məşğulluğunun təmin olunması, işsizliyin səviyyəsinin azaldılması istiqamətində son 15 ildə davamlı olaraq uğurlu siyasət həyata keçirilir.

 

Bu istiqamətdə Dövlət Məşğulluq Agentliyi olaraq əhalinin sosial rifahının və həyat səviyyəsinin yüksəlməsi, işsizlik səviyyəsinin nəzərəçarpacaq dərəcədə azalması, işsizlərin və sosial cəhətdən həssas əhali qruplarının sosial müdafiəsinin güclənməsi məqsədilə müxtəlif proqram və tədbirlər hazırlayıb, tətbiq edirik. 


Agentliyimiz aktiv məşğulluq tədbirlərini təşkil edir, işsiz və işaxtaran şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlər həyata keçirir, “Məşğulluq haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanunlarının tələblərini yerinə yetirir. Agentlik həmçinin, aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə əmək bazarının təhlilinin aparılmasını və qeyri-formal məşğulluğun qarşısının alınması ilə bağlı nəzarət tədbirlərini həyata keçirir.  


Bu baxımdan fəaliyyətinin mərkəzində “vətəndaş yönümlülük”, fəaliyyətinin məqsədi isə “tam məşğulluq” olan Agentliyimiz məşğulluq sahəsində prioritet hesab olunan məqsəd və istiqamətlərə nail olmaq üçün bütün resurslarını mümkün olan ən yüksək səviyyədə səfərbər edir. İnanıram ki, Agentlik olaraq öhdəmizə düşən, gözlənti və hədəfləri yüksək səviyyədə icra edib böyük uğurlara nail olacağıq.

 

Mustafa Abbasbəyli

Dövlət Məşğulluq Agentliyi İdarə Heyətinin Sədri