
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən postmüharibə dövründə 1800-dək şəhid və yaralanmış hərbçi ailəsi, müharibə iştirakçısı, erməni terrorundan zərər çəkən şəxs aktiv məşğulluq tədbirlərinə cəlb edilib.
Onlardan 1540 şəxs (o cümlədən 860 şəhid ailəsi üzvü, 420 yaralanmış qazi və ya ailə üzvü) növbədənkənar...
Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən layihələr
İctimai İşlərin Portalı
İctimai işlərin təşkili prosesini rəqəmsallaşdıraraq daha sadə və operativ hala gətirmək üçün nəzərdə tutulmuşdur. Portalın istifadəçiləri Prezident Administrasiyası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Məşğulluq və DOST mərkəzləri, TOQ-lar və DOST İŞ MƏRKƏZİ olacaq.
“Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsi
“Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsinin məqsədi həssas qruplardan olan işsiz və işaxtaran şəxslərin potensialının artırılması və onların əmək bazarında məhsuldar məşğulluğa cəlb edilməsi üçün imkanların yaradılmasıdır.
“Əlilliyi olan qadınların və Dağlıq Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin edilməsi” layihəsi
“Əlilliyi olan qadınların və Dağlıq Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin edilməsi” layihəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi, Birləşmiş Millətlər Təşkilatının İnkişafı Proqramı və Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu tərəfindən birgə həyata keçirilir.
“PROGRO” layihəsi
Gənclərin məşğulluğunun artırılmasına xidmət edən onlayn resurs kimi PROGRO veb portalı həm peşəkar hazırlıq və özünü inkişaf mövzularına dair təlim resurslarının sərgiləndiyi öyrənmə portalı, həm də PROGRO Mərkəzləri ilə əmək bazarı iştirakçıları (işaxtaranlar, işəgötürənlər, təhsil müəssisələri və digər qurumlar) arasında ünsiyyət platforması olacaqdır.
İşçi Qüvvəsinin Bərpası Təşəbbüsü (Coursera)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, BMT-nin İnkişaf Proqramı və dünyanın aparıcı onlayn tədris sistemi “Coursera”nın iş birliyi çərçivəsində “İşçi Qüvvəsinin Bərpası Təşəbbüsü” üzrə kurslar təşkil edilib.
“Qafqazda Aztəminatlı Məcburi Köçkünlərin və Yerli Əhalinin Sosial və İqtisadı İnkişafı” (EPİC) layihəsi
Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) sifarişi əsasında Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) icra etdiyi “Qafqazda Aztəminatlı Məcburi Köçkünlərin və Yerli Əhalinin Sosial və İqtisadı İnkişafı” (EPİC) layihəsi çərçivəsində heyvandarlıq üzrə texniki təlimlər təşkil edilib.
Un məmulatları istehsalı (kiçik çörəkbişirmə və şirniyyat sexi)
Tekstil məhsulları istehsalı (kiçik dərzi sexi)
Mebel-2 (Bant vurma)
Mebel-3 (Oyma işləri)
Dülgər-4 (Fugan)
Yem üyütmə xidməti (mini yem dəyirmanı)
Fitnes (idman)
Agentlik
Dövlət Məşğulluq Agentliyi aktiv məşğulluq tədbirlərinin təşkili, işsizlikdən sığorta vəsaitinin idarə edilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmasına nəzarətin, habelə aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə əmək bazarının təhlili və qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi, bununla bağlı maarifləndirmə, məlumatlandırma, təbliğat işinin təşkili sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir.