“Əlilliyi olan qadınların və müharibə veteranlarının hüquqlarının və rifahının təmin edilməsi” layihəsi

“Əlilliyi olan qadınların və müharibə veteranlarının hüquqlarının və rifahının təmin edilməsi” layihəsi

“Əlilliyi olan qadınların və müharibə veteranlarının hüquqlarının və rifahının təmin edilməsi” layihəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi, Birləşmiş Millətlər Təşkilatının İnkişafı Proqramı və  Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu tərəfindən birgə həyata keçirilib. Layihənin məqsədi əlilliyi olan qadınlar və müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə onların rifahının artırılması, hüquqlarının müdafiəsi, gəlir əldə etmək imkanlarının genişləndirilməsi və cəmiyyətə inteqrasiyasına dəstək verilməsidir.

 

Layihə Bakı şəhəri, Masallı və Salyan rayonunu əhatə edib. 

 

Layihənin icrasına 2019-cu ilin mart ayında başlanılıb.

 

“Layihə çərçivəsində müvafiq təlimlər keçirilib və iştirakçılar tərəfindən hazırlanan biznes planlar qiymətləndirmə üçün təqdim edilib. Biznes planı təsdiq edilmiş şəxslərin aktivlərlə təmin olunması istiqamətində müvafiq işlər görülüb.