Məşğulluq xəritəsi
Azərbaycanın məşğulluq xəritəsi bir neçə formada - iqtisadi zonalar, inzibati ərazi vahidləri (şəhər, rayon, qəsəbə, kənd) və məşğulluq mərkəzləri üzrə olmaqla hazırlanır. Xəritənin elektron məlumat bazasında ölkənin bütün inzibati ərazi bölgüsü üzrə əsas məşğulluq, əmək münasibətləri və demoqrafik göstəriciləri, əmək resursları və əmək və kadr ehtiyatı balansları, məşğul əhali, muzdla işləyənlər, fərdi sahibkarlar, torpaq pay mülkiyyətçiləri, onların sekteral bölgüsü, işsiz şəxslər, ərazi məşğulluq proqramlarının icra vəziyyəti barədə məlumatlar, peşələrin atlası və bu qəbildən digər informasiyalar toplanacaq. Hər rayon və şəhər üzrə hazırlanacaq xəritə sosial və iqtisadi sahədə atılacaq addımların dinamikasını göstərəcək, məşğulluq proqramlarının hazırlanması və icrası işinin daha da təkmilləşdirilməsinə imkan verəcəkdir.
Qeyri formal məşğulluğa nəzarət informasiya ehtiyyatı
“Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatları sistemi bu sistemə inteqrasiyası tələb olunan informasiya ehtiyatları sistemlərindən məlumatları toplamaqla əmək qanunvericiliyinə nəzarət olunmasına dövlət nəzarəti üzrə risk qruplarının meyarlarına əsaslanmaqla toplanılmış informasiyanı emal edəcəkdir.
İctimai işlərin portalı
İctimai işlərin təşkili prosesini rəqəmsallaşdıraraq daha sadə və operativ hala gətirmək üçün nəzərdə tutulmuşdur. Portalın istifadəçiləri Prezident Administrasiyası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Məşğulluq və DOST mərkəzləri, TOQ-lar və "DOST İş Mərkəzi" MMC olacaq.