İşçi Qüvvəsinin Bərpası Təşəbbüsü (Coursera)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, BMT-nin İnkişaf Proqramı və dünyanın aparıcı onlayn tədris sistemi “Coursera”nın iş birliyi çərçivəsində “İşçi Qüvvəsinin Bərpası Təşəbbüsü” üzrə kurslar təşkil edilib. “İşçi Qüvvəsinin Bərpası Təşəbbüsü” layihəsinin əsas məqsədi işsiz və işaxtaran şəxslərin məşğulluq imkanlarını artırmaq, onların əmək bazarına reinteqrasiyasını təmin etməkdir. Bilik və bacarıqlarını inkişaf etdirmək istəyən hər kəs təşkil edilən kurslara müraciət edərək ödənişsiz təhsil almaq və sertifikat əldə etmək imkanı qazanıb. İşçi Qüvvəsinin Bərpası Təşəbbüsü kurslarına 20 149 vətəndaş müraciət edib.
“Gənclərin Dayanıqlı Məşğulluğu Proqramı”
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə icra etdiyi “Gənclərin Dayanıqlı Məşğulluğu Proqramı”nın məqsədi həssas qrupdan olan gənclərin sosial müdafiəsinin gücləndirilməsi, bilik və bacarıqlarının artırılması, ideyalarının reallaşdırılması, o cümlədən məşğulluqlarının təmin edilməsi, gənclərin əmək bazarında rəqabətə davamlılığının artırılması, mövcud potensiallarının reallaşdırılmasıdır.
“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi
“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və “Odlar Yurdu” Gənclər İctimai Birliyi tərəfindən birgə həyata keçirilir.
“PROGRO” layihəsi
Gənclərin məşğulluğunun artırılmasına xidmət edən onlayn resurs kimi PROGRO veb portalı həm peşəkar hazırlıq və özünü inkişaf mövzularına dair təlim resurslarının sərgiləndiyi öyrənmə portalı, həm də PROGRO Mərkəzləri ilə əmək bazarı iştirakçıları (işaxtaranlar, işəgötürənlər, təhsil müəssisələri və digər qurumlar) arasında ünsiyyət platforması olacaqdır.
“Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsi
“Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsinin məqsədi həssas qruplardan olan işsiz və işaxtaran şəxslərin potensialının artırılması və onların əmək bazarında məhsuldar məşğulluğa cəlb edilməsi üçün imkanların yaradılmasıdır.
“Əlilliyi olan qadınların və Dağlıq Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin edilməsi” layihəsi
“Əlilliyi olan qadınların və Dağlıq Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin edilməsi” layihəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi, Birləşmiş Millətlər Təşkilatının İnkişafı Proqramı və Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu tərəfindən birgə həyata keçirilir.
“Dönər biznesi ilə məşğul olan qida obyektlərinin sağlamlaşdırılması” layihəsi
2020-2021-ci illəri əhatə edən “Dönər biznesi ilə məşğul olan qida obyektlərinin sağlamlaşdırılması” layihəsinin məqsədi turizm baxımından əlverişli və ictimai əhəmiyyət təşkil edən ünvanlarda dönər biznesi ilə məşğul olan seçilmiş qida obyektlərinin qida təhlükəsizliyinin gücləndirilməsidir.
İşçi Qüvvəsinin Bərpası Təşəbbüsü (Coursera)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, BMT-nin İnkişaf Proqramı və dünyanın aparıcı onlayn tədris sistemi “Coursera”nın iş birliyi çərçivəsində “İşçi Qüvvəsinin Bərpası Təşəbbüsü” üzrə kurslar təşkil edilib.
“Qafqazda Aztəminatlı Məcburi Köçkünlərin və Yerli Əhalinin Sosial və İqtisadı İnkişafı” (EPİC) layihəsi
Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) sifarişi əsasında Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) icra etdiyi “Qafqazda Aztəminatlı Məcburi Köçkünlərin və Yerli Əhalinin Sosial və İqtisadı İnkişafı” (EPİC) layihəsi çərçivəsində heyvandarlıq üzrə texniki təlimlər təşkil edilib.