“Məktəbim” Proqramı

“Məktəbim” Proqramı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və UAFA təşkilatının əməkdaşlığı çərçivəsində Azərbaycanda məktəbəqədər təhsil xidmətlərinin davamlılığını təmin edəcək “Məktəbim” proqramı həyata keçirilir. Proqram qadınlar tərəfindən idarə olunan, uşağa yönəlmiş, inklüziv məktəbəqədər təhsil modelini təqdim edərək, qadınları səlahiyyətləndirməklə gəlir gətirməyən icma əsaslı məktəbəqədər təhsil qruplarını açmaq üçün sosial biznes modelidir.

 

Qadınların özünüməşğulluq proqramına cəlb edilməsinə dəstək məqsədi daşıyan bu layihədən faydalanmaq istəyən işsiz qadınların ilk növbədə qeydiyyatı aparılacaq. Seçim mərhələsini uğurla keçən qadınlar üçün UAFA tərəfindən məktəbəqədər təhsil metodologiyası üzrə təlimlər keçiriləcək. Növbəti mərhələdə isə onlar Dövlət Məşğulluq Agentliyi tərəfindən biznes təlimlərinə cəlb olunacaqlar.

 

Layihənin sonunda 50 iştirakçıya məktəbəqədər təhsil mərkəzinin yaradılması üçün özünüməşğulluq proqramı çərçivəsində dəstək göstəriləcək.

 

Layihə tərəflərarası bağlanmış əməkdaşlıq memorandumuna əsasən həyata keçirilmişdir.

 

Proqram yekunlaşmışdır.