Kommersiya banklarının “Özünüməşğulluğa dəstək” layihəsi

Kommersiya banklarının “Özünüməşğulluğa dəstək” layihəsi

Özünüməşğulluğa dəstək” layihəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Banklar Assosiasiyası tərəfindən birgə həyata keçirilir. Layihənin məqsədi işsiz kimi qeydiyyata alınan aztəminatlı, əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, məcburi köçkünlər, ünvanlı dövlət sosial yardımı alanlar və həssas qruplardan olan digər şəxslərin özünüməşğulluq proqramı çərçivəsində bankların dəstəyi ilə kiçik bizneslərin yaradılmasıdır.

Layihəyə müraciətlərin qəbuluna 2020-ci ilin yanvar ayından başlanılıb. Hazırda layihə çərçivəsində aktivlərin verilməsi prosesi davam edir.