Qubada keçirilən əmək yarmarkasında 117 vakansiya təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işəgötürənlərlə birgə növbəti əmək yarmarkası Quba şəhərində keçirilib.

 

Quba-Xaçmaz Regional Məşğulluq filialı tərəfindən təşkil olunan yarmarkada 14 işəgötürən tərəfindən müxtəlif sahələr üzrə 117 vakansiya təqdim olunub.

 

Yarmarkada iştirak edən şəxslərə vakansiyalar üzrə iş öhdəlikləri barədə ətraflı məlumat verilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.

 

Tədbirdə həmçinin işsiz və işaxtaran şəxslərə Agentliyin aktiv məşğulluq istiqamətləri və müraciət qaydaları barədə də məlumat verilib, müraciət etmək istəyən vətəndaşlarla ilkin sorğular aparılıb.

 

 

Bizi sosial mediada izləyin

 

Facebook: dma.gov.az

Instagram: dma.gov.az

Linkedin: Dövlət Məşğulluq Agentliyi

YouTube: dmasosialgovaz