Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduPostmüharibə dövründə həyata keçirilən sosial dəstək paketi çərçivəsində şəhid ailəsi üzvləri, qazi və yaxınlarından ibarət 7 minə yaxın şəxsin məşğulluğuna dəstək göstərilib.
Həmin vakansiyalar üzrə artıq 321 şəhid ailəsi üzvü və qazi işlə təmin olunub.
Dövlət Məşğulluq Agentliyi ilə Azərbaycana Birgə Yardım Təşkilatının (UAFA) birlikdə həyata keçirdiyi “Məktəbim” layihəsi iştirakçılarının ilk qrupunun təlimləri başa çatıb.
Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli bu dəfə 1, 4 və 7 saylı Ərazi Məşğulluq Mərkəzi üzrə vətəndaşları onlayn qaydada qəbul edib.
Dövlət Məşğulluq Agentliyində bu dəfə 2 saylı Ərazi Məşğulluq Mərkəzi üzrə əlaqələndirmə komitələrinin sədrləri ilə görüş keçirilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə start verilən “Azərbaycan gəncləri arasında ekosahibkarlığın inkişafının təşviqi” layihəsi uğurla davam edir.
Dövlət Məşğulluq Agentliyi tərəfindən icra olunan özünüməşğulluq proqramının əhatə etdiyi iqtisadi fəaliyyət sahələrinin sırası bir qədər genişlənib. Bu sıraya yeni özünüməşğulluq formaları kimi bir sıra istehsal-xidmət sahələri (aqroturizm, telefon təmiri, çatdırılma xidməti, avtorəngsaz, xalça yuma xidməti, kombi təmiri və quraşdırılması, sanitar qovşağın təmiri və quraşdırılması) də əlavə olunub.
Dövlət Məşğulluq Agentliyi tərəfindən daha bir qrup Vətən müharibəsi qazisi üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik biznes sahələri yaradılıb.