Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduDövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin birinci rübündə 35 minədək işsiz və işaxtaran şəxs aktiv məşğulluq tədbiri ilə əhatə olunub.
Görüşdə mümkün tərəfdaşlıq imkanları istiqamətində fikir mübadiləsi aparılıb, əməkdaşlıq prespektivlərinin müzakirəsi üçün qısa müddətdə işçi qruplarının yaradılacağı və bu istiqamətdəki növbəti görüşlərin təşkil ediləcəyi qeyd edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən həyata keçirilən “Gənclərin Dayanıqlı Məşğulluğu" proqramının ilk layihəsi olan – “Biznesini Yarat Marafonu” çərçivəsində görüş keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramına dəstək məqsədi daşıyan “Sosial Bağlar” layihəsi üçün müraciətlərin qəbuluna başlanıb.
Şəhid ailəsi üzvlərinin və müharibə iştirakçılarının məşğulluğunun təminatına əməkhaqlarının birgə maliyyələşdirilməsi proqramı çərçivəsində də dəstək göstərilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əmək bazarında prioritet peşələr üzrə peşə və kvalifikasiya standartlarının hazırlanması işləri davam edir. Son vaxtlarda İKT, emal sənayesi, ictimai iaşə, tikinti və s. sahələr üzrə daha 60 peşə və kvalifikasiya standartı hazırlanıb. Nazirlikdə keçirilən Kollegiya iclasında belə deyilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin tərəfdaşlığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə “Odlar Yurdu” Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilən “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsinin növbəti mərhələsi yekunlaşıb.
Özünüməşğulluq proqramının genişləndirilməsində Dünya Bankının “Azərbaycanda Məşğulluğa Dəstək Layihəsi” də önəmli rola malikdir. 5 illik dövrdə 22 min işsiz şəxsin cəlb ediləcəyi layihənin iştirakçıları üçün kiçik bizneslərini qurmaları məqsədi ilə fəaliyyət sahələri artıq müəyyən edilib.