Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
Oldu
Bu günədək marafonda iştirak edən işəgötürənlərin sayı artıq 405-ə çatıb.Onlardan 195-i dövlət, 210-ü özəl müəssisələrdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi “İxtisas.az” platforması ilə birlikdə abituriyentlər və onların valideynlərinə ali təhsil müəssisələrinə ixtisas seçimi zamanı peşəyönümü məsləhət xidməti göstərilməsi məqsədilə “İxtisas bələdçisi” adlı silsilə vebinarlara başlayır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi peşə hazırlığı sisteminin inkişaf etdirilməsi tədbirləri çərçivəsində beynəlxalq sertifikatlı ISO üzrə mütəxəssis hazırlığı həyata keçirəcək.
Marafona bu günədək 1672 vakansiya təqdim edilib, həmin vakansiyalar üzrə artıq 400-ə yaxın şəhid ailəsi üzvü və qazi işlə təmin olunub.
Görüşdə Agentliyin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, millət vəkilləri Jalə Əliyeva, Razi Nurullayev, Erkin Qədirli, Elşad Mirbəşirov, Arzu Nağıyev, Könül Nurullayeva, Jalə Əhmədova, Şahin Seyidzadə və Kamal Cəfərov iştirak edib.
Həmin şəxslərdən əksəriyyəti şəhid ailəsi üzvləri, müharibə iştirakçıları, o cümlədən Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsinin qaziləridir.
Dövlət Məşğulluq Agentliyi “Təbiəti qoruyaq” adlı yeni məşğulluq layihəsinə start verir. İşsiz və işaxtaran şəxslərin məşğulluğuna dəstək məqsədi daşıyan və haqqı ödənilən ictimai işlərin əhatə dairəsini genişləndirəcək layihə üzrə 1000-ə yaxın şəxs işlə təmin ediləcək.
Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğuna dəstək məqsədi daşıyan “Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı artmaqda davam edir. Son bir neçə gündə daha bir qrup işəgötürən də bu aksiyaya öz dəstəyini ifadə edərək vakansiyalarını müvafiq e-sistemə daxil edib.