Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
Oldu
Dövlət Məşğulluq Agentliyi ilə “GESCO” ASC arasında əməkdaşlıq çərçivəsində “mühafizəçi” kursu təşkil olunacaq. Kurs Bakı və Sumqayıt şəhərlərində, eləcə də Abşeron rayonunda yaşayan işsiz şəxsləri əhatə edir.
“Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!” devizi altında yeni kampaniyanın - “Məşğulluq marafonu”nun başladılması ilə əlaqədar mətbuat konfransı keçirilib.
Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğuna yaxından dəstək olaq!
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinin Dövlət Məşğulluq Xidmətlərinin 3-cü iclası keçirilib. İclasda 36 məşğulluq xidməti qurumundan 70 nümayəndə iştirak edib.
Dövlət Məşğulluq Agentliyi tərəfindən sosial iş yerlərində əməkhaqlarının bir hissəsinin birgə maliyyələşdirilməsi proqramı çərçivəsində sosial cəhətdən həssas qruplardan olan 536 şəxsə münasib iş yerlərinə göndəriş verilib.
Dövlət Məşğulluq Agentliyi pandemiya dövründə peşəyönümü məsləhət xidmətlərinin hədəf qruplarına daha əlçatan olması üçün “Alo Karyera” dəstək xidmətini istifadəyə verib.
Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli onlayn qaydada vətəndaşları qəbul edib. Qəbulda 3, 5, 9 və 13 saylı Ərazi Məşğulluq Mərkəzi üzrə vətəndaşlar iştirak edib.
Dövlət Məşğulluq Agentliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sifarişi ilə “Odlar Yurdu” Gənclər İctimai Birliyinin icra etdiyi “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi çərçivəsində İsmayıllı rayonunda 15 sahibkarlıq obyekti - kənd qonaq evi istifadəyə verilib.