Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
Oldu
Dövlət Məşğulluq Agentliyinin icra etdiyi “Sosial iş yerlərində əməkhaqlarının bir hissəsinin birgə maliyyələşdirilməsi Proqramı”na müraciətlərin qəbulu davam edir.
Dövlət Məşğulluq Agentliyi müzəffər Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərdən olan vətəndaşların kiçik bizneslərinin qurulması üçün özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təminatını davam etdirir.
Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu Lənkəran, Şəki şəhərləri və Cəlilabad, Biləsuvar, Qax, Zaqatala, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonları üzrə işsiz və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal işləyən aztəminatlılara yaşayış minimumu həcmində birdəfəlik ödəmə veriləcək.
Dövlət Məşğulluq Agentliyi elektron xidmətlərinin siyahısını genişləndirməkdə davam edir.
Agentlik tərəfindən işsiz kimi qeydiyyatdan keçən şəxs üçün fərdi məşğulluq proqramının və onun icrasına dair hesabat formasının həmin şəxsə təqdim edilməsi prosesi elektronlaşdırılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin özünüməşğulluq proqramının genişləndirilməsinə dəstək məqsədilə kommersiya banklarının icra etdiyi “Özünüməşğulluğa Dəstək Layihəsi”nə müraciətlərin qəbulu davam edir.
Dövlət Məşğulluq Agentliyi tərəfindən əsasən həssas əhali qruplarından olan şəxslərin özünüməşğulluq proqramına cəlb olunması işləri davam etdirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi məşğulluq layihələri üzrə vahid onlayn qeydiyyat anket formasını təqdim etdi.